06 
Mar
2026
00:23
908

Mixail Saakaşvili müsəlman Gürcüstan vətəndaşlarına: Xameneinin plakatları və anti-Amerika şüarları ilə çıxış edənlər hakimiyyət dəyişdikdən sonra məsuliyyətə cəlb olunmalıdır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək ölkədə baş verən hadisələrə münasibət bildirib.

Saakaşvili yazıb ki, son illərdə yüz minlərlə Gürcüstan vətəndaşının lider kimi İranın ali dini lideri Əli Xameneini qəbul etməsi onun üçün anlaşılmazdır.

“Necə oldu ki, ‘Gürcü Arzusu’ son illərdə yüz minlərlə Gürcüstan vətəndaşının lideri kimi cəllad Xameneini göstərməyi bacardı?” – deyə Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan küçələrində Xameneinin plakatları və anti-Amerika şüarları ilə çıxış edən şəxslər hakimiyyət dəyişdikdən sonra məsuliyyətə cəlb olunmalıdır.

Saakaşvili bildirib ki, belə aksiyalarda iştirak edən şəxslər, eləcə də buna şərait yaradan vəzifəli şəxslər ciddi şəkildə cavab verməlidirlər. O əlavə edib ki, İranla dini əlaqələri olan şəxslərin də ölkədən çıxarılması məsələsinə baxılmalıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər