05 
Mar
2026
13:15
188

Azərbaycan XİN: İran ərazisindən Naxçıvana dron hücumu edilib, iki mülki şəxs yaralanıb

İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı dron hücumları həyata keçirilib və nəticədə iki mülki şəxs yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Məlumata əsasən, dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb, digəri isə Şəkərabad kəndində yerləşən məktəbin yaxınlığında partlayıb.

“İran İslam Respublikasının ərazisindən həyata keçirilən dron hücumlarını qətiyyətlə pisləyirik. Nəticədə hava limanının binasına ziyan dəyib və iki mülki şəxs yaralanıb. Azərbaycan ərazisinə qarşı həyata keçirilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına səbəb olur. İran İslam Respublikasından tələb edirik ki, məsələ ilə bağlı qısa müddətdə izahat versin, hadisəni açıqlasın və gələcəkdə belə insidentlərin təkrarlanmaması üçün təcili tədbirlər görsün. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – deyə bəyanatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın