Mixeil Saakaşvili: İvanişvilinin marionet hökumətinin İranla bağlı bəyanatı antiamerikan ruhu ilə doludur
"Gürcüstan hökumətinin İranda baş verən hadisələrlə bağlı yaydığı bəyanat “antiamerikan ruhu ilə doludur və açıq şəkildə ABŞ və İsrailə yönəlmiş ittihamları ehtiva edir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib.
Onun bu fikirləri sosial şəbəkədə yayımlanan müraciətində yer alıb.
Saakaşvili yazıb ki, Bidzina İvanişvili tərəfindən idarə olunduğunu iddia etdiyi hökumətin İranla bağlı bəyanatı antiamerikan ruhu daşıyır və ABŞ ilə İsrailə qarşı açıq ittihamlarla müşayiət olunur.
“İvanişvilinin marionet hökumətinin İranla bağlı bəyanatı antiamerikan ruhu ilə doludur və açıq şəkildə ABŞ və İsrailə yönəlmiş ittihamları ehtiva edir. ‘Hökumət’ regionda destabilizasiya mənbəyindən danışır, üstəlik kütləvi qətllərdə ittiham olunan ayətullahın ölümü ilə bağlı dərin kədər ifadə edir. Bu, yaxın vaxtlarda gürcülərin köçürülməsi və yad millətlərin məskunlaşdırılmasının 410 illiyini qeyd edən həmin qrupdan gözlənilməz deyil”, – Saakaşvili sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Gürcüstan hökuməti martın 2-də İranda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hökumət Yaxın Şərqdə davam edən hərbi əməliyyatları dərin narahatlıqla izləyir və bu proses regionun bütün ölkələrinin təhlükəsizliyi və rifahı üçün təhdid yaradır.
Eyni zamanda hökumət İranda davam edən hərbi əməliyyatlar nəticəsində həyatını itirən çoxsaylı insanlar, o cümlədən ali lider, digər siyasi liderlər, mülki şəxslər və uşaqlarla bağlı İran xalqına və İran İslam Respublikasına başsağlığı verib. Bəyanatda həmçinin dost yəhudi xalqına da başsağlığı ifadə olunub.


