04 
Mar
2026
11:26
151

İsrailin müdafiə naziri: İran rejiminin təyin edəcəyi istənilən lider məhv ediləcək

İran rejimi tərəfindən ayətullah Əli Xameneinin əvəzlənməsi üçün təyin ediləcək istənilən lider likvidasiya üçün açıq hədəf olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Nazirin sözlərinə görə, İranın terrorçu rejimi tərəfindən təyin olunan hər bir lider İsrailin məhv edilməsi planını davam etdirmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini qorxutmaq, eləcə də İran xalqına qarşı təzyiq siyasətini davam etdirmək məqsədi daşıyacaq.

“İranın terrorçu rejimi tərəfindən İsrailin məhv edilməsi planını həyata keçirmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini qorxutmaq, həmçinin İran xalqının sıxışdırılması siyasətini davam etdirmək üçün təyin olunacaq istənilən lider likvidasiya üçün açıq hədəf olacaq”, – deyə İsrailin müdafiə naziri bildirib.

İsrael Kats qeyd edib ki, həmin şəxsin adının nə olduğu və ya harada gizlənməsinin heç bir əhəmiyyəti yoxdur.

“Rejimin imkanlarını məhv etmək və İran xalqının onu devirməsi və əvəz etməsi üçün şərait yaratmaq məqsədilə amerikalı tərəfdaşlarımızla birlikdə bütün gücümüzlə fəaliyyətimizi davam etdiririk”, – deyə İsrailin müdafiə naziri əlavə edib.

Bizimlə əlaqə saxlayın