Qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb
Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin Martvili Rayon İdarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1987-ci il təvəllüdlü B.Q.-nı saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, hüquq-mühafizə orqanlarının apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Martvili bələdiyyəsi ərazisində soyuq silahdan istifadə edərək 1988-ci il təvəllüdlü L.Q.-nu yaralayıb və hadisə yerindən qaçıb.
Yaralanan şəxsə müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Q.-nu hadisədən qısa müddət sonra saxlayıblar. Polis cinayətin törədildiyi aləti – bıçağı maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


