Abu-Dabidə qalan Tbilisi meri qaydıb
"Həyat yoldaşı və kiçik oğlu ilə birlikdə Ər-Riyaddan İstanbula uçub və hazırda Tbilisiyə qayıdır."
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə canlı yayım zamanı bildirib.
Kaladzenin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr səbəbindən bir çox Gürcüstan vətəndaşı regionda qalmalı olub və onların ölkəyə qaytarılması üçün hökumət xüsusi reyslər təşkil edib.
“Video çəkməyə qərar verdim, çünki çoxlu insan zəng edir, hamı soruşur haradayıq, necə olduğumuz və nə vaxt Tbilisiyə qayıdacağımız barədə. Hazırda mən, həyat yoldaşım və kiçik oğlum Nikola İstanbul hava limanındayıq və Tbilisiyə qayıdırıq. Yaxın Şərqdə baş verənlər həqiqətən çox ağırdır. Bilirəm ki, ölkəmizin bir çox vətəndaşı Dubayda və Abu-Dabidə idi. Gürcüstan hökuməti vətəndaşların ölkəyə qayıtması üçün çarter reysləri təşkil edib. Bu qərara görə baş nazirə böyük təşəkkürümü bildirirəm”, – deyə Kaladze qeyd edib.
O bildirib ki, Gürcüstan vətəndaşları Muskatdan təşkil olunan reyslər vasitəsilə ölkəyə qayıda bilərlər və bunun üçün Gürcüstanın səfirliklərinə müraciət etmələri tövsiyə olunur.
Kaladzenin sözlərinə görə, Oman istiqamətinə avtomobillə getmək mümkündür və yol təhlükəsizdir. O əlavə edib ki, özü Ər-Riyaddan İstanbula uçub və bu gecə Tbilisidə olacaqlar.
“Dünyaya və ölkəmizə sülh arzulayıram. Düşünürəm ki, hamımız anlayırıq ki, bundan qiymətli heç nə yoxdur. Sülh çox vacibdir”, – deyə Kaxa Kaladze vurğulayıb.


