Marko Rubio: İran əməliyyatının məqsədlərinə quru qoşunları olmadan nail olmaq mümkündür
ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Tramp administrasiyası hesab edir ki, İrana qarşı əməliyyatın məqsədlərinə “quru qoşunları olmadan nail olmaq mümkündür”.
InterPress.gexəbərverirki, o, eyni zamanda qeyd edib ki, “ən ağır zərbələr hələ qarşıdadır”.
Rubio jurnalistlərə açıqlamasında deyib: “Hazırda biz quru qoşunları yerləşdirməyə hazırlaşmırıq, lakin aydındır ki, prezidentin bu variantları var. O, heç vaxt heç nəyi istisna etmir”.
Onun sözlərinə görə, ABŞ-ın diqqəti hazırda İranın ballistik raket buraxılış qurğularının, ballistik raket ehtiyatlarının və istehsal imkanlarının, eləcə də birtərəfli hücum üçün istifadə olunan dronlarının və hərbi-dəniz qüvvələrinin məhv edilməsinə yönəlib.
“Bizim taktiki səylərimizin detallarını açıqlamaq niyyətində deyiləm, lakin ABŞ Silahlı Qüvvələri tərəfindən ən ağır zərbələr hələ qarşıdadır. Növbəti mərhələ İran üçün indiki mərhələdən daha cəza xarakterli olacaq”, – deyə Marko Rubio bildirib.


