Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Nika Qvaramia: “Müxalifət alyansı” formalaşdı

255
Nika Qvaramia: “Müxalifət alyansı” formalaşdı
Dinləmək üçün basın

“Müxalifət alyansı” formalaşıb.

 

“Müxalifət alyansı” formalaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə Nika Qvaramia müxalif partiyaların bir qisminin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Koalisiya  Dəyişiklik üçün liderlərindən biri olan Qvaramianın sözlərinə görə, “müxalifət alyansı” ilə bağlı razılaşmanın elan edilməsi onun üçün “böyük şərəf və çox sevindirici haldır”. O qeyd edib ki, alyans vahid istiqamət və birgə fəaliyyət prinsipləri üzərində razılığa gəlib.

Qvaramia vurğulayıb ki, razılaşmanın bir hissəsi konkret davranış qaydalarının pozulmasına görə məsuliyyət prinsipinə əsaslanan aydın davranış kodeksidir.

“Bu, qısa və ya asan məsləhətləşmələr deyildi. Proses uzun müddətdir davam edir. Bu müddətdə bir çoxumuz həbs olunduq, bəzilərimiz azadlığa çıxdıq, bəziləri isə hələ də həbsdədir – həm siyasətçilər, həm də jurnalistlər və cəmiyyət üçün mühüm şəxslər.

Biz məsləhətləşmə formatı yaratmırıq, birlikdə qələbə üçün real birlik yaradırıq. Vahid istiqamət və vahid fəaliyyət üzərində razılaşırıq. Siyasi identikliyimizdən imtina etmirik, vahid siyahı yaratmırıq – bu məsələ hazırda müzakirə edilmir və gələcəkdə müzakirə olunub-olunmayacağı da bəlli deyil. Lakin biz fəaliyyət birliyi formalaşdırırıq. Bu razılaşmanın bir hissəsi olan davranış kodeksi aydındır, birgə fəaliyyət və bərabərlik prinsiplərinə, eləcə də konkret qaydaların pozulmasına görə məsuliyyət prinsipinə əsaslanır”, – deyə Qvaramia bildirib.

“Müxalifət alyansı” Koalisiya Dəyişiklik üçün, Vahid Milli Hərəkat, Strategiya Ağaşenebeli, Federalistlər, Milli-Demokrat Partiyası, Avropa Gürcüstanı və Azadlıq Meydanı arasında əldə olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →