ABŞ-ın Mərkəzi Komandanlığı: Küveyt səhvən üç F-15E təyyarəsini vurub
ABŞ-ın Mərkəzi Komandanlığının bəyanatına görə, Küveyt F-15E tipli üç ABŞ hərbi təyyarəsini səhvən vurub.
Açıqlamada bildirilir ki, “Epik Qəzəb” əməliyyatına dəstək məqsədilə uçuş həyata keçirən üç ədəd F-15E Strike Eagle Küveyt üzərində qəzaya uğrayıb. İlkin məlumata əsasən, hadisə “dost atəşi” nəticəsində baş verib. Qeyd olunur ki, İran təyyarələri, ballistik raketlər və pilotsuz uçuş aparatlarına qarşı hücumları əhatə edən aktiv döyüş əməliyyatları zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Küveytin hava hücumundan müdafiə qüvvələri tərəfindən səhvən vurulub.
Məlumata görə, təyyarələrin altı ekipaj üzvünün hamısı katapult edərək xilas olub və onların vəziyyəti stabildir.
ABŞ-ın Mərkəzi Komandanlığı həmçinin qeyd edib ki, Küveyt hadisəni etiraf edib və davam edən əməliyyat çərçivəsində göstərilən dəstəyə görə Küveyt Müdafiə Qüvvələrinə təşəkkürünü bildirib.


