Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - PROQNOZ
3–5 mart tarixlərində ölkə ərazisində nisbətən sərin və arabir yağıntılı hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata əsasən, Tbilisidə əsasən yağıntısız hava gözlənilir. Paytaxtda havanın temperaturu gündüz saatlarında +6…+8 dərəcə təşkil edəcək.
Sahil zonasında – Batumi, Kobuleti, Anaklia və Poti istiqamətində arabir yağış ehtimalı var. Havanın temperaturu gündüz +10…+12 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında, o cümlədən Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə arabir yağış gözlənilir. Havanın temperaturu +11…+13 dərəcə civarında olacaq.
Qərbi Gürcüstanın dağlıq ərazilərində – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında yağıntı proqnozlaşdırılır. Temperatur gündüz +6…+8 dərəcə təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə, o cümlədən Mestia və Baxmaroda arabir qar yağacağı gözlənilir. Bu ərazilərdə temperatur -1…+1 dərəcə olacaq.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali) bəzi yerlərdə yağıntı ehtimalı var. Havanın temperaturu +6…+8 dərəcə təşkil edəcək.
Kaxeti bölgəsində (Sagareco, Telavi, Qurjaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistsxaro) bəzi ərazilərdə yağıntı gözlənilir. Temperatur gündüz +6…+8 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axalçixe, Borjomi, Duşeti, Tianeti və Pasanauri istiqamətində bəzi yerlərdə qar ehtimalı var. Havanın temperaturu 0…+2 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində – Axalkalaki, Tsalkа, Bakuriani, Qudauri və Omalo istiqamətində isə qar yağacağı gözlənilir. Temperatur gündüz -2…-4 dərəcə olacaq.


