02 
Mar
2026
10:45
133

“Əl-Ruveys”də İsrailin “THAAD” radarı məhv edilib – İran mediası

BƏƏ-nin “Əl-Ruveys” bölgəsində yerləşən və İsrailin raketdən müdafiə şəbəkəsinə aid olduğu iddia edilən “THAAD” radarı İran İnqilab Keşikçiləri Korpusunun Hərbi-Kosmik Qüvvələrinin dəqiq zərbəsi nəticəsində tamamilə məhv edilib.

InterPress.ge xəbər verir ki, bu barədə TasnimNews xəbər agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, qeyd olunan radar sistemi nöqtə dəqiqliyi olan raketlə vurulub və tam sıradan çıxarılıb.

Eyni mənbənin iddiasına görə, ABŞ hərbi-dəniz qrupuna məxsus yanacaq təminatı gəmisi Çabahar sahillərindən 700 kilometr dərinlikdə pilotsuz uçuş aparatları və raket sistemləri ilə vurulub. Nəticədə gəmi qeyri-funksional vəziyyətə düşüb və əməliyyat dövriyyəsindən çıxarılıb.

Həmçinin qeyd olunur ki, İran İnqilab Keşikçiləri Korpusunun qabaqcıl gəmiəleyhinə raket sistemi bölgədə ABŞ donanmasını izləməyə davam edir.

Məlumat rəsmi İran mənbələrinə istinadən yayılıb. Digər tərəflər tərəfindən isə hələlik təsdiq olunmayıb.

Bizimlə əlaqə saxlayın