Ermənistanda TikTok istifadəçisi Baş nazirə təhqirə görə ev dustaqlığına göndərildi
Armenia Today nəşrinin yaydığı məlumata görə, “TikTok” sosial şəbəkəsinin istifadəçisi Ayk Eqiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə ev dustaqlığına göndərilib.
InterPress.ge xəbər verir ki, bu barədə onun vəkili Roman Eritsyan məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Eqiyan barəsində ölkəni tərk etmə qadağası da daxil olmaqla qətimkan tədbiri seçib.
Məlumata əsasən, Eqiyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş xuliqanlıq) cinayət işi açılıb. Həmin maddə üzrə maksimum cəza beş ilədək azadlıqdan məhrumetmədir. O, saxlanılıb.
Vəkil Roman Eritsyan hesab edir ki, Eqiyan siyasi məhbusdur. Onun sözlərinə görə, cinayət təqibi Paşinyanın ünvanına səsləndirilmiş vulqar və kobud ifadələrə görə başlanıb.


