28 
Fev
2026
14:23
178

İrakli Kobaxidze: Britaniya sanksiyaları debatların pozulmasına yönəlib

"Böyük Britaniyanın iki aparıcı gürcü yayımçısına qarşı tətbiq etdiyi sanksiyalar debatların pozulması kontekstində qiymətləndirilməlidir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yaydığı açıqlamada bildirib.

Onun sözlərinə görə, Britaniya sanksiyalarının debatların qarşısını almağa yönəldiyini yerli “xarici agentlərin” vahid “mesaj qutusu” və çoxsaylı bəyanatları sübut edir. Baş nazir qeyd edib ki, həmin bəyanatlarda sanksiyalar debatlarda iştirakdan yayınmaq üçün əsas kimi təqdim olunur.

Kobaxidze bildirib ki, 2007 və 2020-ci illərdən fərqli olaraq, bu dəfə media azadlığını məhdudlaşdıran və debatları pozan tərəf Nika Qvaramiya deyil, birbaşa Britaniya bürokratiyasıdır.

Onun fikrincə, Britaniya bürokratiyası mahiyyət və məzmun baxımından “mənəviyyat və dəyərlərdən tamamilə uzaq bir sıravi xarici agent” səviyyəsinə enib.

Baş nazir vurğulayıb ki, hazırkı vəziyyət əvvəlki illərdən onunla fərqlənir ki, bu gün həm gürcü cəmiyyəti, həm də gürcü dövləti daha güclüdür və ölkədə media azadlığına və media plüralizminə müdaxilə imkanına heç kimə yol verilməyəcək.

Kobaxidzenin sözlərinə görə, cəmiyyət gələcəkdə də müxtəlif mövqeləri dinləmək və ölkənin taleyi ilə bağlı məlumatlı qərarlar qəbul etmək imkanına malik olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər