27 
Fev
2026
16:36
164

İrakli Kobaxidze: Britaniya sanksiyalarına cavab olaraq diplomatik addım atılmayacaq

"Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara cavab olaraq Gürcüstan hakimiyyəti tərəfindən heç bir diplomatik dəyişiklik planlaşdırılmır və Britaniya səfirinin ölkədən çıxarılması məsələsi gündəmdə deyil."

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazir jurnalistin sualına cavabında qeyd edib ki, səfir qərar verən tərəf deyil və onun vəziyyəti “tragik”dir. Kobaxidzenin sözlərinə görə, Gürcüstan hakimiyyəti bu vəziyyəti daha da ağırlaşdırmamalıdır.

“Səfir özü heç nə həll etmir, o, tragik vəziyyətdədir. Onun bu məsələyə necə baxdığını bilmirəm, amma obyektiv müşahidəçi üçün onun vəziyyəti tragikdir. Onun vasitəsilə media azadlığının əsas hüququnun pozulması ilə bağlı qərar elan edildi. Halbuki o, Böyük Britaniyanı təmsil edir – insan hüquqlarının tarixi məhz İngiltərədən başlayır. Belə bir ölkənin nümayəndəsinin Gürcüstanda media azadlığının pozulması barədə bəyanat verməsi özü tragik vəziyyətdir. Biz bu tragizmi daha da ağırlaşdırmamalıyıq”, – deyə Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, Gürcüstan Böyük Britaniya ilə “birtərəfli dostluq rejimində” qalır.

“Bizim üçün Böyük Britaniya dövlət kimi də, xalq olaraq da dəyərlidir. Bu, Litva, Latviya, Estoniya və Ukrayna ilə münasibətlərə də aiddir. Bu halda da biz birtərəfli dostluq rejimində qalmalıyıq, çünki Böyük Britaniya zəngin tarixə malik dövlətdir və Britaniya xalqı bizim üçün dəyərlidir”, – deyə o vurğulayıb.

Kobaxidze səfirin Xarici İşlər Nazirliyinə çağırılmasının təkcə diplomatik demarş forması daşımadığını, həm də praktiki məqsəd daşıdığını qeyd edib.

Onun sözlərinə görə, rəsmi Tbilisi iki telekanala qarşı tətbiq olunan sanksiyaların əsaslandırılması ilə bağlı məlumat tələb edib, lakin heç bir fakt və informasiya təqdim olunmayıb.

“Biz sanksiyaların hansı əsaslara söykəndiyi barədə məlumat istədik – sıfır informasiya, sıfır fakt təqdim olundu. Bu da vəziyyətin tragikliyini bir daha göstərir”, – deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər