27 
Fev
2026
16:31
191

“Gürcü Arzusu”: Müxalifətin ABŞ-yə “siyasi alternativ” kimi təqdim olunması çağırışı suallar doğurur

“Gürcü Arzusu”nun Siyasi Şurasının bəyanatında bildirilir ki, Böyük Britaniyanın sanksiyaları fonunda “ayrı-ayrı xarici agentlər” radikal qüvvələri birləşməyə və bu birliyi Qərbə, daha konkret olaraq ABŞ-yə “Gürcü Arzusu”na siyasi alternativ kimi təqdim etməyə çağırıblar.

InterPress.ge xəbər verir ki, bəyanatı ictimaiyyətə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təqdim edib.

Sənəddə qeyd olunur ki, bu çağırış ABŞ-nin hazırkı administrasiyasının xarici siyasətdə digər ölkələrin daxili işlərinə qarışmamaq mövqeyi fonunda xüsusi maraq doğurur.

“Cəmiyyət gördü ki, radikal müxalifət xarici himayədarlarının ‘İmedi’ və POSTV-yə qarşı sanksiyalarla göstərdiyi birdəfəlik dəstəyi alan kimi vahid ‘mesaj qutusu’ ilə absurd iddialar səsləndirməyə başladı. Onların yanaşmasına görə, Gürcüstanın taleyini gürcü xalqı deyil, xarici qüvvə həll etməlidir, çünki xalqdan dəstək alma şansları sıfıra bərabərdir”, – deyə bəyanatda bildirilir.

“Gürcü Arzusu” bəyan edir ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə inqilabların maliyyələşdirilməsi ilə əlaqələndirilən fondlar, o cümlədən USAID və NED bağlanıb və ABŞ rəsmiləri dəfələrlə digər ölkələrin siyasi proseslərinə müdaxilə etməyəcəklərini vurğulayıblar.

Partiya hesab edir ki, müxalifətin yenidən ABŞ-yə “xidmət” təklif etməsi və özünü alternativ kimi təqdim etməyə çalışması əlavə suallar yaradır.

Bəyanatda qeyd olunur ki, Avropa bürokratiyasında “qeyri-formal təsir qüvvələri” mövcuddur və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalar bunu bir daha göstərib.

Eyni zamanda vurğulanır ki, partiya ABŞ-də “dərin dövlətə” qarşı elan edilmiş mübarizənin real nəticə verəcəyinə ümid edir və Gürcüstana münasibətdə mövqenin dəyişməsini bunun göstəricisi kimi qiymətləndirir.

“Dəyərlər baxımından uyğunluq fonunda ABŞ-nin Gürcüstana qarşı bugünkü məsafəli mövqeyi məntiqsizdir və bir sıra suallar doğurur. Münasibətin dəyişməsi göstərər ki, ‘dərin dövlətə’ qarşı mübarizə realdır”, – deyə bəyanatda bildirilir.

Sonda qeyd olunur ki, son hadisələr “kimin gürcü xalqının legitim dəstəyinə malik olduğunu və kimin hakimiyyətə gəlmək üçün xarici qüvvələrin maraqlarına xidmət etməyə çalışdığını” açıq şəkildə göstərib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər