26 
Fev
2026
13:03
1000

Ağır yol qəzasında hərbiçilər həyatını itirib

Bu gün Kobuletinin dolama yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxslərin Müdafiə Qüvvələrinin hərbi qulluqçuları olduğu açıqlanıb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qəza nəticəsində sürücü – kapral mütəxəssis Levan Aşortia və kapral Lavrenti Makaradze həlak olublar.

“Gürcüstan Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı dərin kədərini bildirir və həlak olmuş hərbçilərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir”, – deyə məlumatda qeyd olunur.

Qəza səhər tezdən baş verib. Yük avtomobili ilə avtobus toqquşub.

Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır.

Hadisə yerindən fotonu Acara İctimai Yayımçısı yayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər