25 
Fev
2026
13:51
212

Şalva Papuaşvili: Biz Ukrayna xalqını dəstəkləyirik – Zelenskinin son hökmünü ukraynalılar verəcək

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Ukrayna ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Papuaşvili jurnalistlərin sualına cavab olaraq qeyd edib ki, “Ukraynada dayanıqlı sülhün dəstəklənməsi” adlı qətnaməni 107 dövlət dəstəkləyib, o cümlədən Gürcüstan, ABŞ və Macarıstan isə səsvermədə bitərəf qalıb.

Onun sözlərinə görə, Gürcüstan Ukrayna xalqını dəstəkləyir, lakin Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandasının mövqeyi fərqlidir.

“Biz Ukrayna xalqını dəstəkləyirik. Nə Zelenski və onun müavinləri, nə də Brüssel bizim dəstəyimizə layiqdir. Bu, nankor yanaşmadır. Zelenski Gürcüstan hökumətinin nümayəndələrinə sanksiya tətbiq edəndə Böyük Britaniya harada idi? O, nə ABŞ-a, nə də Gürcüstana qarşı minnətdarlıq göstərir”, – deyə Papuaşvili bildirib.

Parlament sədri əlavə edib ki, Gürcüstan Ukraynaya dəstəyini Ukrayna xalqına görə göstərir və Zelenskinin fəaliyyətinə son qiyməti Ukrayna xalqı özü verəcək.

“Biz bütün bunları Ukrayna xalqı üçün edirik. Zelenskinin son hökmünü isə ukraynalıların özü çıxaracaq”, – deyə Şalva Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər