Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə, məhkəmə qərarı əsasında 1985-ci il təvəllüdlü R.Ç.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.
İstintaqla müəyyən edilib ki, Mühafizə Polisi Departamentinin bölmələrindən birinin rəisi normadan artıq yüklərin mühafizə və müşayiəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, təqsirləndirilən şəxs xidmətdə müvafiq sənədləri tərtib edən əməkdaşa yükün hərəkət marşrutu və qət edilən məsafə ilə bağlı yalan məlumat verib.
Nəticədə rəsmi aktda sifarişçinin xeyrinə daha az kilometraj göstərilib və bununla da dövlətin qanuni maraqları əhəmiyyətli dərəcədə pozulub.
Baş Müfəttişliyin əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri nəticəsində R.Ç. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə aparılır. Sözügedən maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


