Azyaşlının zorlanması ittihamı ilə bağlı bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları əvvəlcədən bilə-bilə azyaşlını zorlamada ittiham olunan 1980-ci il təvəllüdlü M.X.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.
Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən taksi sürücüsü Qori bələdiyyəsi ərazisində yerləşən meşə massivində əlillik statusuna malik yeniyetməyə qarşı seksual zorakılıq törədib.
“Keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları M.X.-ni məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 137-ci maddəsinin dördüncü hissəsinin ‘g’ bəndi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilir.


