SOCAR təhsil haqqı ödənişindən yararlanmaq istəyən tələbələrə müraciət ünvanlayıb.
InterPress.ge xəbər verir ki, bildirilib ki, 2025–2026-cı tədris ilinin I semestri üzrə təhsil haqqı ödənişləri üçün müraciətlər 1–10 mart tarixlərində qəbul olunacaq.
Qeyd edilib ki, ödəniş almaq istəyən tələbələr mütləq həmin tarixlərdə “https://myscholarship.ge/” elektron portalı vasitəsilə müraciət etməlidirlər.
Məlumata görə, müəyyən edilmiş müddətdə müraciət etməyən tələbələrin təhsil haqqı ödənilməyəcək.
Tələbələrə qeyd olunan tarixlərdə müraciət etməyi unutmamaq tövsiyə olunur.
.jpg)