24 
Fev
2026
15:06
194

Böyük Britaniya “İmedi” və “POSTV” telekanallarına sanksiya tətbiq edib

Böyük Britaniya hökuməti “İmedi” və “POSTV” telekanallarına qarşı sanksiyalar tətbiq edib.

InterPress.ge-nin məlumatına görə, rəsmi məlumatda bildirilir ki, hər iki media qurumu “Rusiya dezinformasiyasının yayılmasında iştirak edən təşkilatlar” kimi sanksiyaya məruz qalıb.

Sanksiyalar aktivlərin dondurulmasını, aktivlərin idarə olunması üzrə maliyyə xidmətlərinin göstərilməsinin qadağan edilməsini və direktorların diskvalifikasiyasını nəzərdə tutur.

Sanksiya sənədində qeyd olunur ki, “İmedi” və “POSTV” Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı ilə bağlı auditoriyasına – əsasən Gürcüstanda yerləşən tamaşaçılara – qəsdən yanlış və çaşdırıcı məlumatlar yayıb.

Sənəddə vurğulanır ki, bu fəaliyyət Ukraynanın sabitliyini pozmağa, onun ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıtmağa yönəlmiş siyasət və ya hərəkətləri dəstəkləyir. Bildirilir ki, telekanallar mütəmadi olaraq Ukrayna hökuməti və Prezident Volodimir Zelenskinin legitim olmadığı, Ukraynanın Qərbin “marioneti” və korrupsiyaya uğramış ölkə olduğu, eləcə də Ukrayna və Qərbin Gürcüstanda sabitliyi pozmağa çalışdığı barədə məzmun yayıb.

Qeyd edək ki, Böyük Britaniya bu gün Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər