24 
Fev
2026
12:41
175

Pavel Herçinski: Qulevi limanı ilə bağlı Gürcüstan hakimiyyətindən ətraflı məlumat almışıq

Aİ Gürcüstan hakimiyyətindən narahatlıq doğuran infrastrukturla bağlı çox detallı məlumat alıb.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Qulevi limanı ilə bağlı açıqlama verərək bildirib.

Səfir qeyd edib ki, rəsmi Tbilisi həmin infrastrukturun sanksiyalardan yayınmaq məqsədilə istifadə olunmayacağına dair təminat verib.

“Hazırda sanksiyaların 20-ci paketi üzrə müzakirələr davam edir. Bu mərhələdə yekdil razılıq əldə olunmayıb. Həmçinin təsdiq edə bilərəm ki, Gürcüstan hakimiyyətindən bizi narahat edən infrastrukturla bağlı çox ətraflı məlumat almışıq. Bizi əmin edirlər ki, bu infrastruktur sanksiyalardan yayınmaq üçün istifadə edilməyəcək. Təqdim olunan məlumat və sübutların üzv dövlətlər üçün bu konkret infrastrukturun sanksiyaya məruz qalmaması baxımından kifayət edib-etməyəcəyini isə hazırda deyə bilmərəm”, – deyə Pavel Herçinski bildirib.

O əlavə edib ki, Aİ üzv dövlətlərinin sanksiyaların 20-ci paketi ilə bağlı tezliklə yekdil qərara gələcəyinə ümid edir.

Səfir vurğulayıb ki, Avropa İttifaqı Gürcüstanın beynəlxalq sanksiyalara uyğunluğunu diqqətlə izləməyə davam edəcək.

Bizimlə əlaqə saxlayın