24 
Fev
2026
10:33
266

Giorgi Tsagareişvili: Bu sahədə əvvəlki qaydalardan fərqli oyun qaydaları müəyyən edildi

Gürcüstanın Baş naziri müvafiq qərarı imzalayıb və bununla da bu sahədə indiyədək qüvvədə olan qaydalardan fərqli yeni tənzimləmə tətbiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Qaçqınların, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini Giorgi Tsagareişvili bildirib.

Nazir müavini bu açıqlamanı hökumətin qəbul etdiyi qərarla bağlı verib. Qərara əsasən, martın 1-dən etibarən Gürcüstanda daimi yaşayış icazəsi olmayan xarici ölkə vətəndaşlarına kuryer, taksi sürücüsü və bələdçi kimi fəaliyyət göstərmək qadağan olunacaq.

“Düşünürük ki, həm parlamentdə, həm də hökumətdə həlledici əhəmiyyət daşıyan addım atılıb.

Əmək bazarındakı tendensiyaları bilməliyik, Gürcüstanda kimin nə işlə məşğul olduğunu, hansı peşələrin defisit olduğunu, harada kadrlara ehtiyac yarandığını müəyyən etməliyik. O cümlədən, təbii ki, hansı sahələrdə xarici vətəndaşlara ehtiyacın olub-olmadığını da bilməliyik”, – deyə Giorgi Tsagareişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər