24 
Fev
2026
00:02
208

İki ölkənin baş prokurorları görüş keçirib

Gürcüstanın Baş prokuror Giorgi Qvarakidze Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Kamran Əliyevin Gürcüstana səfəri çərçivəsində Baş Prokurorluqda keçirilən görüşdə Gürcüstan Baş prokurorunun birinci müavini Zurab Beltadze, müavinlər Giga Dzneladze və Avtandil Koçlamazaşvili, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Giorgi Mikava, administrasiya rəhbəri Bidzina Kumsiaşvili, eləcə də Azərbaycan tərəfdən Baş prokurorun müşaviri Teymur Qarayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Əliyev, Balakən rayon prokuroru Camal Bağırov, Qazax rayon prokuroru Rövşən Əliyev və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak ediblər.

Giorgi Qvarakidze Kamran Əliyevə səmərəli əməkdaşlığa görə təşəkkür edib və qeyd edib ki, iki ölkə arasında münasibətlər ədliyyə sahəsində sıx əməkdaşlığa töhfə verir.

“Azərbaycandan olan həmkarım Kamran Əliyev nümayəndə heyəti ilə birlikdə Gürcüstanda səfərdədir. Rəsmi görüşdə iki ölkənin prokurorluqları arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik. Bu əməkdaşlıq həm Gürcüstan, həm də Azərbaycan prokurorluqlarının fəaliyyətinə müsbət təsir göstərəcək”, – deyə Qvarakidze bildirib.

Kamran Əliyev də iki ölkənin qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bunun gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

“Biz dost ölkə olan Gürcüstanda həmkarım Giorgi Qvarakidzenin dəvəti ilə səfərdəyik. Məqsədimiz müxtəlif növ cinayətlərlə mübarizə sahəsində birgə səylərimizi və əməkdaşlığımızı müzakirə etməkdir”, – deyə Əliyev bildirib.

Görüşdə tərəflər cinayət hüququ sahəsində iki ölkənin səlahiyyətli qurumları arasında effektiv tərəfdaşlığı vurğulayıb, konkret əməkdaşlıq istiqamətlərini müzakirə ediblər və gələcəkdə səmərəli əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bir daha bəyan ediblər.

Səfər çərçivəsində Gürcüstan və Azərbaycan baş prokurorları Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin memorialını ziyarət edərək əklil qoyublar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər