İrakli Kobaxidze: İlkin təhlilə görə, sosial yardım alanların 8%-i imkanlı şəxslərdir
"Sosial müavinət alanların bazası yenidən nəzərdən keçirilməli və yenilənməlidir."
InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə interpellasiya qaydasında çıxışı zamanı sosial yardım sistemi ilə bağlı məsələyə toxunub və bildirib.
Baş nazir qeyd edib ki, COVID-19 pandemiyası dövründə sosial yardım alanların sayı kəskin artıb və həmin vaxtdan etibarən bazanın yenidən qiymətləndirilməsi ilə bağlı faktiki olaraq moratorium tətbiq olunub.
Onun sözlərinə görə, aparılan ilkin təhlil nəticəsində müəyyən edilib ki, sosial yardım alanların təxminən 8%-i yoxsulluq həddindən yuxarı göstəricilərə malikdir və imkanlı şəxslərdir.
“Sosial müavinət alanların bazası yenidən nəzərdən keçirilməlidir. COVID dövründə, 2020-ci ildə sosial yardım alanların sayı artdı. Həmin vaxtdan etibarən bazanın yenilənməsi ilə bağlı müəyyən moratorium qüvvədə idi. Halbuki, yoxsulluq səviyyəsi iki dəfə azaldığı halda sosial yardım alanların sayının artması doğru deyil.
Biz ilkin təhlil apardıq və məlum oldu ki, sosial yardım alan 700-800 min nəfər arasında təxminən 8% imkanlı şəxslərdir. Yəni onların göstəriciləri yoxsulluq səviyyəsindən daha yaxşıdır. Buna görə də sosial müavinət alanların bazası yenidən nəzərdən keçirilməlidir. Bu məsələ 2020-ci ildən sonra əsaslı şəkildə yenilənməyib və təbii ki, bu da hökumətin prioritetlərindən biridir”, – deyə İrakli Kobaxidze bildirib.


