18 
Fev
2026
19:07
302

Mixeil Saakaşvili: “Ölkədə bütün xəbərlər həbslər ətrafında cəmlənib, bu, bir ssenarinin hissəsidir”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yaydığı paylaşımda ölkədə son həbslərlə bağlı baş verən prosesləri siyasi kontekstdə qiymətləndirib.

Saakaşvili jurnalist Eliso Kiladzenin saxlanılmasına da münasibət bildirib və onun həbsinin siyasi motivli olduğunu iddia edib. O, Kiladzeni “növbəti repressiyaya məruz qalan jurnalist” adlandırıb.

“Eliso Kiladze ziddiyyətli şəxsiyyətdir, lakin onun həbsinin siyasi motivli olmasına bir an belə şübhə etmirəm. Bu, növbəti repressiya olunan jurnalistdir. Görünür, diktatura xidmətçilərinə hansısa məsələdə mane olub. Üstəlik, indi hamını Farçaladzeyə bağlayırlar, Stalinin dövründə hər şeyi Trotskiyə bağladıqları kimi”, – deyə Saakaşvili yazıb.

O, həmçinin Busa Jvaniaya qarşı 5 il gecikmə ilə cinayət işinin başlanmasına da toxunub. Saakaşvilinin sözlərinə görə, bu addımın konkret məqsədi var.

“Zuranın oğlu təəssüf ki, doğrudan da kriminal elementdir, lakin İvanişvilinin dövründə Jvaniyanın adı ətrafında baş verən hər şey çirkli siyasi alt mətn daşıyır və buna bu prizmadan baxmalıyıq. Onu indi, 2021-ci ildə yox, məhz indi axtarışa veriblər. Deməli, ailəsindən nəyəsə ehtiyacları var idi”, – deyə o qeyd edib.

Saakaşvili əlavə edib ki, ölkədə demək olar bütün xəbərlər həbslər ətrafında cəmlənib və bunun təsadüfi olmadığını düşünür.

“Məncə, artıq hiss etmirsiniz ki, ölkədə bütün xəbərlər həbslər ətrafında qurulub. Hər şey bir ssenarinin hissəsidir. O qədər çirk yığılıb ki, bu irin çox tezliklə partlamalıdır”, – deyə Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın