Sozar Subari qubernator institutunun ləğvini təklif edir
“Xalqın Qüvvəsi”nin deputatı Sozar Subari qubernator institutunun ləğvi təşəbbüsü ilə çıxış edib.
O, parlamentin plenar iclasında bildirib ki, qubernator institutu kifayət qədər köhnəlmiş strukturdur və artıq öz aktuallığını itirib.
Deputatın sözlərinə görə, idarəetmədə əlavə həlqələrin mövcudluğu qərarların qəbulunu ləngidir.
“Doğrudan da anlamıram, əlavə həlqələr nəyə lazımdır. Ona görə ya biri, ya da digəri ləğv edilməlidir. Bu halda mənim təklifim budur ki, qubernator institutu kifayət qədər köhnəlmişdir. Qubernatorların əksəriyyətini şəxsən yaxşı tanıyıram, onlara hörmət edirəm, yaxşı və kifayət qədər səmərəli insanlardır. Bir müddət bu istiqamətdə kurator da olmuşam, lakin hesab edirəm ki, geniş səlahiyyətlərə malik nazirlik yaradıldıqdan sonra bu artıq əlavə həlqədir”, – deyə Subari bildirib.


