16 
Fev
2026
13:50
202

İrakli Kobaxidze: Xaricdən Gürcüstanda siyasətin maliyyələşdirilməsinə yol verilməməlidir

"Ölkə xaricindən Gürcüstanda siyasi proseslərin maliyyələşdirilməsi yolverilməzdir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Qrantlar haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı suala cavabında bildirib.

Hökumət başçısının sözlərinə görə, mövcud qanunvericilikdə müəyyən boşluqlardan istifadə etməyə cəhdlər var və bəzi şəxslər bu yolla ölkədə siyasi proseslərin maliyyələşdirilməsinə çalışırlar.

“Konkrekt şəxslər mövcud qanunvericilikdə boşluqlar tapmağa və bu yolla Gürcüstanda siyasi prosesləri maliyyələşdirməyə çalışırlar. Əlbəttə, ölkə xaricindən Gürcüstanda siyasət maliyyələşdirilməməlidir və parlamentdə təşəbbüs irəli sürülmüş qanun layihələri paketi məhz bu ideyaya xidmət edir”, – deyə İrakli Kobaxidze qeyd edib.

Məlumata görə, “Qrantlar haqqında” qanuna planlaşdırılan dəyişikliklərlə “qrant” anlayışı genişləndirilir. Yeni redaksiyaya əsasən, hər hansı şəxs tərəfindən digər şəxsə pul və ya natura formasında verilən və Gürcüstan hakimiyyətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı hissəsinə təsir göstərmək məqsədi daşıyan və ya daşıya biləcək fəaliyyətə yönəldilən vəsait qrant hesab ediləcək.

Bu fəaliyyətlərə Gürcüstanın daxili və ya xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş təşəbbüslər, eləcə də xarici dövlətin hakimiyyəti və ya xarici siyasi partiyanın siyasi və ya ictimai maraqlarından irəli gələn fəaliyyətlər daxildir. Belə qrantların qəbulu yalnız Gürcüstan hökumətinin əvvəlcədən icazəsi ilə mümkün olacaq.

Qanun layihəsində həmçinin fəaliyyəti əsasən Gürcüstanla bağlı məsələləri əhatə edən xarici dövlətin hüquqi şəxsi anlayışı müəyyənləşdirilir. Belə hüquqi şəxslər də qrantı yalnız hökumətin əvvəlcədən razılığı əsasında ala biləcəklər. Əks halda, məsuliyyət cinayət qaydasında nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər