13 
Fev
2026
11:20
170

İrakli Kobaxidze: Miqrasiya ilə bağlı narahatlıq əsaslıdır, Türkiyə və İran vətəndaşlarının payı əhalinin 0,7%-ni təşkil edir

Gürcüstanda miqrasiya məsələsi cəmiyyəti xüsusilə narahat edən mövzulardan biridir.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bildirib.

Hökumət başçısının sözlərinə görə, Avropada gedən proseslər fonunda ictimai narahatlıq və mövzuya maraq tam əsaslıdır və alqışlanmalıdır. O qeyd edib ki, hər bir vətənpərvər gürcünün arzusu ölkənin milli və dini kimliyinin qorunub saxlanılmasıdır.

Baş nazirin açıqladığı məlumata əsasən, əhalinin ümumi siyahıyaalınmasının ilkin nəticələrinə görə, Gürcüstanın əhalisi 3 milyon 914 min nəfərdir. Onlardan maksimum 257 min nəfəri, yəni 6,6 faizi xarici vətəndaşlardır. Bu rəqəmə ölkədə qeyri-qanuni yaşayan miqrantlar da daxildir.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda yaşayan xaricilərin təxminən 70 faizi – yəni 180 min nəfər postsovet və Avropa İttifaqı ölkələrinin, ABŞ və İsrailin vətəndaşlarıdır. Onlardan azı 40 min nəfəri Gürcüstanın keçmiş vətəndaşı və ya gürcü soyadlı şəxslərdir.

Baş nazir bildirib ki, ölkədə yaşayan xarici vətəndaşların 7,4 faizini Türkiyə, 3,7 faizini isə İran vətəndaşları təşkil edir. Onun sözlərinə görə, yayılan spekulyasiyaların əksinə olaraq, bu iki ölkənin vətəndaşlarının Gürcüstan əhalisində ümumi payı 0,7 faizdir.

Kobaxidze əlavə edib ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən demək olar ki, miqrant yoxdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər