12 
Fev
2026
12:51
1318

Avtomobillərlə bağlı yeni qanun layihəsi hazırlanıb- Kobaxidzedən açıqlama

"6 ildən artıq istismar müddəti olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi parlamentə təqdim edilib."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Baş nazirin sözlərinə görə, son illər ölkədə nəqliyyat vasitələrinin sayı kəskin artıb. 2012-ci ildə Gürcüstanda 864 min avtomobil qeydiyyatda olduğu halda, cari ilin göstəricilərinə əsasən bu rəqəm 2 milyonu keçib.

Kobaxidze qeyd edib ki, avtomobillərin sayının bu dərəcədə artması bir tərəfdən yol hərəkətinin yüklənməsinə, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.

“Bu səbəbdən düşünürük ki, ciddi tədbirlərin görülməsi vacibdir. Parlamentə təqdim etdiyimiz qanun layihəsi 6 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutur. Kiçik istisnalar nəzərdə tutulacaq, lakin prinsipial olaraq 6 ildən köhnə avtomobillərin ölkəyə gətirilməməsi vacibdir. Bu, ekologiya, insanların sağlamlığı və rahat hərəkət imkanlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Baş nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər