11 
Fev
2026
14:47
128

Şalva Papuaşvili: ABŞ səfəri təhlükəsizlik xidmətləri arasında əməkdaşlığa həsr olunub

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradzenin ABŞ-a səfəri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib ki, səfərin məqsədi təhlükəsizlik xidmətləri arasında əməkdaşlıq məsələləri olub.

Papuaşvilinin sözlərinə görə, dövlət institutları arasında işgüzar münasibətlər davam edir və bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda səfərin məqsədi, əsası və məzmunu açıq şəkildə göstərilib.

“Bu, təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsələ idi. Qlobal çağırışlar və ABŞ-ın münaqişələrin azaldılması və dinc inkişafın təmin olunmasına yönəlmiş siyasəti fonunda ABŞ və Gürcüstanın təhlükəsizlik xidmətləri arasında əməkdaşlıq bizim üçün vacibdir. İşgüzar və xidməti münasibətlərimiz əhəmiyyətlidir”, – deyə Papuaşvili bildirib.

Parlament sədrinə Mamuka Mdinaradzenin ABŞ səfəri zamanı “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların ləğvi məsələsinin müzakirə olunub-olunmadığı barədə verilən suala cavab olaraq o qeyd edib ki, DTX-nin açıqlamasında səfərin məqsədi və məzmunu aydın göstərilib.

Papuaşvilinin sözlərinə görə, səfər regional çağırışlar nəzərə alınmaqla təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə və hər iki ölkənin maraqlarının təmin olunmasına yönəlib.

Qeyd edək ki, DTX-nin məlumatına əsasən, Mamuka Mdinaradze fevralın 7–10-da həmkarlarının dəvəti ilə işgüzar səfərlə ABŞ-da olub və səfər çərçivəsində təhlükəsizlik məsələlərinə dair görüş keçirilib.

Bizimlə əlaqə saxlayın