Rustavi–Lilo avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib.
InterPress.ge xəbər verir ki, qəza minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində baş verib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başladılıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.
Hadisə yerindən görüntülər “Info Rustavi” tərəfindən yayılıb.
