Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın Gürcüstandakı səfiri İranın yeni təyin olunmuş səfiri ilə görüşüb

307
Azərbaycanın Gürcüstandakı səfiri İranın yeni təyin olunmuş səfiri ilə görüşüb
Dinləmək üçün basın

Cari ilin 3 fevral tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, İran İslam Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Seyid Əli…

Cari ilin 3 fevral tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, İran İslam Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moujani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

InterPress.ge xəbər verir ki, səfir Seyid Əli Moujanini Azərbaycan Respublikasının Səfirliyində salamlayan diplomat yeni təyinatı münasibətilə həmkarını təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

Görüş zamanı səfir F.Quliyev həmkarına Azərbaycan ilə Gürcüstan arasında uzun illər ərzində formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri barədə ümumi məlumat verib. Diplomat iki ölkə arasında mövcud olan iqtisadi və ticarət əlaqələrinin hazırkı vəziyyəti, bu sahədə əldə olunmuş nailiyyətlər, eləcə də həyata keçirilməsi planlaşdırılan birgə layihə və təşəbbüslər haqqında bəhs edib.

Azərbaycan ilə Gürcüstanın birgə iştirakı ilə icra edilən və regional əhəmiyyət daşıyan layihələrdən söz açan diplomat qeyd edib ki, bu təşəbbüslər yalnız iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət etmir, həm də bütövlükdə regionda iqtisadi imkanların genişlənməsinə, qarşılıqlı əlaqələrin inkişafına və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Öz növbəsində səfir Seyid Əli Moujani təbrik diləklərinə və görüş üçün yaradılmış fürsətə görə səfir F.Quliyevə təşəkkürünü bildirib. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər haqda verilən ümumi məlumata görə səfir F.Quliyevə təşəkkürünü ifadə edən səfir Seyid Əli Moujani, öz növbəsində İran və Gürcüstan arasındakı münasibətlər, o cümlədən regional məsələlər barədə fikirlərini bölüşüb.

Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Kamal Xəlilov və İran İslam Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi Siruz Səccadi də iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →