09 
Fev
2026
15:30
72

İrakli Kirçxalia: ABŞ tərəfi Gürcüstanla bağlı Bayden administrasiyasından ağır irsin qaldığını etiraf etdi

Parlament çoxluğunun lideri İrakli Kirçxalia Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvilinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşləri müsbət hadisə kimi qiymətləndirib.

Kirçxalianın sözlərinə görə, Gürcüstan hakimiyyətinin ABŞ-la münasibətləri “təmiz səhifədən” başlamağa hazır olması hər kəsə yaxşı məlumdur və bu mövqe yeni ABŞ administrasiyasının nümayəndələrinə də çatdırılıb. O bildirib ki, ABŞ prezidentinin administrasiyasının yüksək səviyyəli nümayəndələrindən gələn mesajlar açıq şəkildə müsbətdir.

Parlament çoxluğunun lideri vurğulayıb ki, ən mühüm məqam amerikalı tərəfdaşların Bayden administrasiyasından sonra Gürcüstanla bağlı ağır bir irslə üzləşdiklərini açıq şəkildə dilə gətirməsidir. Onun sözlərinə görə, bu, olduqca müsbət və əhəmiyyətli siqnaldır.

İrakli Kirçxalia qeyd edib ki, bundan sonra əsas məsələ iki strateji tərəfdaş – Gürcüstan və ABŞ arasında münasibətlərin necə inkişaf edəcəyi, əvvəlki administrasiya dövründə zədələnmiş əlaqələrin necə bərpa olunacağıdır. O əlavə edib ki, amerikalı tərəfdaşlar da əvvəlki administrasiyanın Gürcüstanla münasibətlərə vurduğu zərəri açıq və birbaşa etiraf ediblər.

Bizimlə əlaqə saxlayın