“Dəyişiklik üçün Koalisiya”nın liderlərindən Nika Meliyaya yeni ittiham irəli sürülür
“Dəyişiklik üçün Koalisiya”nın liderlərindən Nika Meliyaya yeni ittiham irəli sürüləcək.
InterPress.ge xəbır verir ki, bu barədə Meliyanın vəkili Giorgi Kondaxişvili məlumat verib.
Vəkilin sözlərinə görə, ittihamın təqdim olunması bu gün saat 15:00-da cəzaçəkmə müəssisəsində planlaşdırılır.
Giorgi Kondaxişvili bildirib ki, bu dəfə də Nika Meliyaya məhkəməni təhqir etmə maddəsi ilə ittiham irəli sürülür. Söhbət Lisi gölü ərazisində Meliyanın saxlanılması ilə bağlı inzibati işə baxan hakim Tornike Koçkianilə bağlı epizoddan gedir. Vəkilin sözlərinə görə, həmin iş Meliyanın faktiki olaraq qaçırıldığı, lakin sonradan əksinə, onun cərimələndiyi hadisədir. O, təqdim edilən versiyanı absurd adlandıraraq, guya Meliyanın Verada polis əməkdaşlarını təhqir etdiyi, daha sonra isə Lisi gölü ərazisində saxlanıldığı iddiasının reallığı əks etdirmədiyini bildirib.
Qeyd olunub ki, yeni ittiham Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin ikinci hissəsi ilə irəli sürüləcək ki, bu da məhkəmənin təhqir edilməsini nəzərdə tutur. Kondaxişvilinin sözlərinə görə, sübutların ittiham təqdim edildikdən sonra veriləcəyi bildirilib.
Vəkil əlavə edib ki, bu gün saat 15:00-dan sonra istintaqçı ilə birlikdə Rustavi həbsxanasına gediləcək və Meliyaya rəsmi ittiham təqdim olunacaq. Onun sözlərinə görə, həmin prosesdə heç bir insident baş verməyib, nə jurnalistlər, nə vəkil, nə də hakim tərəfindən hər hansı təhqirə dair qeyd və ya xəbərdarlıq edilib. Kondaxişvili hesab edir ki, ard-arda irəli sürülən ittihamların məqsədi Meliyanı psixoloji cəhətdən sındırmaqdır.
Məlumat üçün bildirək ki, söhbət mayın 29-da baş vermiş hadisədən gedir. Həmin gün Nika Meliya inzibati qaydada saxlanılıb.
Xatırladaq ki, Nika Meliya hazırda həbsdədir. O, parlamentin müvəqqəti istintaq komissiyası ilə əməkdaşlıqdan imtina ilə bağlı iş üzrə 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Meliya daha bir iş üzrə – hakimə su atılması faktına görə – təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.


