Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Parlament qarşısında etiraz aksiyası keçirilir

369
Parlament qarşısında etiraz aksiyası keçirilir
Dinləmək üçün basın

Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Parlamenti qarşısına toplaşan vətəndaşlara “Təhsili qoru” şüarı ilə yürüş edən aksiya iştirakçıları da qoşulublar.

Məlumata görə, yürüş iştirakçıları əvvəlcə Filarmoniya qarşısında toplaşıb, daha sonra parlament istiqamətində yürüş ediblər. Aksiya iştirakçıları avtomobil yolunun bir hissəsini tutublar.

Qanunverici orqanın qarşısında Gürcüstan və Amerika Birləşmiş Ştatlarının bayraqları açılıb. Etirazçılar bildiriblər ki, bununla ABŞ-ın Gürcüstanın dost ölkəsi olduğunu nümayiş etdirmək istəyirlər.

Qeyd olunur ki, parlament qarşısında fasiləsiz etiraz aksiyası artıq 437-ci gündür davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →