07 
Fev
2026
12:35
341

Qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Lanxuti Rayon İdarəsinin əməkdaşları 1962-ci il təvəllüdlü C.Ğ.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, yaralanan şəxsə müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Lanxuti bələdiyyəsi ərazisində mübahisə zəminində ov tüfəngindən atəş açaraq 1984-cü il təvəllüdlü R.B.-ni yaralayıb və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtarış və istintaq tədbirləri nəticəsində C.Ğ. Sameqrelo regionunda təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan silah maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19–108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın