06 
Fev
2026
11:06
152

DİN: Tbilisidə azyaşlıya xəsarət yetirən Qazaxıstan vətəndaşı saxlanılıb

Tbilisidə azyaşlıya bıçaqlanma hadisəsi ilə bağlı Qazaxıstan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur. 

Nazirliyin məlumatında bildirilir ki, Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 2001-ci il təvəllüdlü Qazaxıstan vətəndaşı S.S. saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində kəsici-deşici alətdən istifadə edərək 2009-cu il təvəllüdlü N.L.-nin üz nahiyəsinə xəsarətlər yetirib.

Azyaşlıya müvafiq tibbi yardım göstərilməsi üçün o, klinikaya yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın