06 
Fev
2026
11:04
167

DİN: Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə, məhkəmə qərarı əsasında 1997-ci il təvəllüdlü E.K. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi verib. 

Qurumun məlumatında bildirilir ki, istintaqla müəyyən edilib: Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin əməkdaşı xidməti səlahiyyətlərindən sui-istifadə edərək Batumi bulvarı ərazisində həyat yoldaşının valideynlərinə məxsus biznes fəaliyyətinə qanunsuz himayədarlıq göstərib.

Baş Müfəttişliyin əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.K. təqsirləndirilən şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə istintaq aparılır ki, bu da 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazirlik həmçinin xatırladıb ki, həmin cinayət işi üzrə aparılan istintaq çərçivəsində yanvarın 31-də Mühafizə Polisi Departamentinin daha bir əməkdaşı – 2002-ci il təvəllüdlü A.M. rüşvət alma ittihamı ilə saxlanılıb. Məlumata görə, A.M. küçə ticarətinə himayədarlıq müqabilində vətəndaşdan rüşvət qismində müəyyən məbləğdə pul alıb. Onun barəsində Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə istintaq aparılır ki, bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın