Qardabanidə gənc qadını qətlə yetirən şəxs saxlanıldı
Qardabani rayonunda həyat yoldaşına soyuq silahla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun bildirdiyinə əsasən, Aşağı Kartli Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı ilə bağlı 1988-ci il təvəllüdlü F.A.-nı təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaqla müəyyən edilib ki, şübhəli şəxs Qardabani bələdiyyəsi ərazisində həyat yoldaşı, 2000-ci il təvəllüdlü M.Q.-ya soyuq silahdan istifadə etməklə çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, F.A. polisə özü müraciət edib və törətdiyi cinayəti etiraf edib. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin “k” bəndi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


