Arçil Qorduladze: Hüquqi şəxslər siyasi fəaliyyətə cəlb oluna bilməz
Parlamentin Hüquqi Məsələlər Komitəsinin sədri Arçil Qorduladze “Ğamis Kuryeri” verilişinin efirində “qranlar haqqında qanun”la bağlı açıqlama verib.
Qorduladze bildirib ki, fiziki şəxs siyasi mövqeyini ifadə etmək və siyasi partiyanı maliyyələşdirmək hüququna malikdir – hətta həmin fiziki şəxs hüquqi şəxsin təsisçisi və ya əməkdaşı olsa belə. Bununla yanaşı, hüquqi şəxsin özünün siyasi fəaliyyətə cəlb olunması mümkün olmayacaq.
Onun sözlərinə görə, ümumi biliklər səviyyəsində də öyrədilir ki, fiziki şəxs və hüquqi şəxs ayrı-ayrı subyektlərdir və hər birinin öz məsuliyyətləri mövcuddur. Məsələn, şirkət siyasi partiyanı maliyyələşdirə bilməz, lakin şirkətin təsisçisi dividendlər və ya mənfəət şəklində əldə etdiyi, artıq şəxsi mülkiyyəti olan vəsait hesabına istənilən partiyaya ianə verə bilər.
Qorduladze vurğulayıb ki, bu məsələ ilə bağlı heç bir fərqli hüquqi məntiq tətbiq edilmir. Onun sözlərinə əsasən, hüquqi şəxsin təsisçisi, direktoru və ya istənilən əməkdaşı olan fiziki şəxs qanunla nəzərdə tutulan qaydada – başqalarının hüquqlarını pozmadan – öz fikrini ifadə edə bilər. Lakin hüquqi şəxs, hüquqi şəxs adından çıxış edərək siyasi fəaliyyətə qoşula bilməz.


