04 
Fev
2026
16:05
274

Bələdiyyə şurasının sabiq sədri saxlanılıb

Çoxatauri bələdiyyə şurasının sabiq sədri David Şaraşidze yenidən saxlanılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Prokurorluğunun yaydığı məlumata görə, müvafiq qərarı Apellyasiya Məhkəməsi qəbul edib və prokurorluğun şikayəti tam təmin olunub.

Prokurorluğun bildirdiyinə əsasən, Ozurgeti Rayon Məhkəməsinin qrup halında zorakılıq faktı üzrə təqsirləndirilən şəxs barəsində girov qətimkan tədbiri seçilməsi ilə bağlı qərarından apellyasiya şikayəti verilib və nəticədə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri tətbiq olunub.

David Şaraşidze Ozurgetidə yerləşən restoranlardan birində baş vermiş insidentlə əlaqədar saxlanılmışdı. Ona Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsinin “b” bəndi (qrup halında törədilmiş zorakılıq) ilə ittiham irəli sürülüb. Həmin maddə üzrə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq Şaraşidze barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etsə də, Ozurgeti Rayon Məhkəməsi bu vəsatəti təmin etməmiş və 30 min lari məbləğində girov müəyyən etmişdi. Daha sonra prokurorluq qərardan apellyasiya şikayəti verərək həbs qətimkan tədbirinin tətbiqini tələb edib və Apellyasiya Məhkəməsi bu tələbi təmin edib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Pirvelebi” telekanalı Ozurgetidə “İliko” restoranında polis əməkdaşına hücumu əks etdirən eksklüziv görüntülər yayımlayıb. Kadrlara əsasən, polis əməkdaşı Qoqa Cinçaradzeyə Şaraşidze ilə yanaşı, tanınmış “qanuni oğru” Kaxa Çoxataruskinin oğlu Luka Çxikvadze də zərbə endirib.

Bizimlə əlaqə saxlayın