04 
Fev
2026
16:02
132

İrakli Kobaxidze: Qiymətlərin azaldılması üçün hökumət və biznes birgə yollar tapmalıdır

"Hökumət qiymətlərin azaldılması üçün bütün imkanlardan istifadə edəcək, baxmayaraq ki, bu məsələ azad biznes mühiti səbəbilə mürəkkəbdir."

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze gürcü jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qiymətləri biznes subyektləri müəyyənləşdirir, lakin bu prosesdə yüksək sosial məsuliyyət prinsipi əsas götürülməlidir. Baş nazir vurğulayıb ki, hökumət və biznes birlikdə oturaraq qiymətlərin aşağı salınması yollarını tapmalıdır.

“Qiymətlərin azaldılması üçün hökumət və biznes birgə müzakirə aparmalıdır və düşünürəm ki, bu, mümkündür. Bizim elan etdiyimiz proses maksimum aprel ayının sonunadək davam edəcək, lakin bundan əvvəl də qiymətlərin azalmasına nail olmaq mümkün olmalıdır. Bu məqsədə çatmaq üçün bizneslə məsləhətləşmələri davam etdirəcəyik”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın