04 
Fev
2026
13:59
855

Gürcüstanda 5–7 fevral tarixlərində hava proqnozu açıqlanıb

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi 5–7 fevral tarixlərində ölkə üzrə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

InterPress.ge-nin Agentliyə istinadən məlumatına görə, 8 fevraladək Qərbi Gürcüstanda hava əsasən isti, yağmursuz və küləkli olacaq. Şərqi Gürcüstanın bəzi rayonlarında isə zəif yağıntı və duman ehtimalı var.

Tbilisidə zəif yağıntı və duman mümkündür. Gecə temperaturu -1…+1, gündüz +8…+10 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) hava əsasən yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək. Gecə +7…+9, gündüz +17…+19 dərəcə gözlənilir.

Qərbi Gürcüstanın düzənlik ərazilərində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) əsasən yağmursuz hava olacaq, şərqdən güclü külək əsəcək. Gecə +6…+8, gündüz +16…+18 dərəcə proqnozlaşdırılır.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) əsasən yağmursuz hava gözlənilir, bəzi yerlərdə güclü şərq küləyi əsə bilər. Gecə -2…+2, gündüz +13…+15 dərəcə olacaq.

Yüksək dağlıq ərazilərdə (Mestia, Baxmaro) yağmursuz hava hökm sürəcək. Gecə -6…-8, gündüz +6…+8 dərəcə gözlənilir.

Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) bəzi yerlərdə zəif yağıntı və duman mümkündür. Gecə 0…-2, gündüz +10…+12 dərəcə olacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoflistskaro) bəzi ərazilərdə zəif yağıntı və duman ehtimal olunur. Gecə -2…-4, gündüz +3…+8 dərəcə gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə zəif qar və duman mümkündür. Gecə -6…-8, gündüz +7…+9 dərəcə proqnozlaşdırılır.

Yüksək dağlıq ərazilərdə (Axalkalaki, Tsalkа, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə zəif qar və duman gözlənilir. Gecə -10…-12, gündüz -2…+3 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın