04 
Fev
2026
11:15
101

İlham Əliyev və Nikol Paşinyan Abu-Dabidə üz-üzə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Abu-Dabidə üz-üzə görüş keçiriblər.

InterPress.ge xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, bundan əvvəl tərəflər arasında geniş tərkibdə görüş də baş tutub. Görüşdə Ermənistan tərəfdən baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyan iştirak ediblər.

Azərbaycan tərəfdən isə görüşdə baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezident İlham Əliyevin nümayəndəsi Elçin Əmirbəyov yer alıblar.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabiyə “Zayed Human Fraternity Award” mükafatını almaq üçün səfər ediblər. Ermənistan və Azərbaycan liderləri mükafatın bu ilki qalibləri elan olunublar.

Bizimlə əlaqə saxlayın