03 
Fev
2026
10:50
169

Bu gün parlamentin yaz sessiyası açılır: gündəmdə hansı məsələlər var

Bu gün, fevralın 3-də Gürcüstan parlamentinin yaz sessiyası açılır. Yaz sessiyasının ilk plenar iclası dövlət himninin səsləndirilməsi ilə başlayacaq.

InterPress.ge xəbər verir ki, parlament ilk iclasda qərar qəbul edərək ərzaq məhsulları, dərman vasitələri və yanacağın qiymət formalaşması strukturunu araşdıracaq müvəqqəti komissiya yaradacaq.

Eyni zamanda, Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil haqqında” və “Ali təhsil haqqında” qanunlara dəyişikliklər parlamentə sürətləndirilmiş qaydada baxılması üçün təqdim olunub.

Gündəmin əsas mövzularından biri Gürcü Arzusu fraksiyasının qanunvericilik paketi olacaq. Sözügedən paket partiya fəaliyyəti və siyasi aktivliklə bağlı yeni məhdudlaşdırıcı qanunların qəbulunu nəzərdə tutur.

Yaz sessiyası çərçivəsində parlament ölkədəki vəziyyətlə bağlı Mixeil Kavelaşvilinin məruzəsini, eləcə də parlament fəaliyyəti barədə parlamentin sədri Şalva Papuaşvilinin hesabatını dinləyəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər