30 
Yan
2026
15:06
186

Gürcüstan və Cənubi Koreya arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə razılaşma əldə olunub

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Cənubi Koreyanın The Korea Herald nəşrinə müsahibəsində iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb.

Samxaradzenin sözlərinə görə, Gürcüstan–Koreya hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə razılıq artıq əldə olunub və hazırda hüquqi qruplar sənədin cari il ərzində imzalanması üçün yekun mətn üzərində çalışırlar.

O, həmçinin Gürcüstanın Transxəzər nəqliyyat dəhlizində strateji rolunu vurğulayıb və ölkənin Şərq ilə Qərb arasında əsas bağlantı həlqəsi olduğunu qeyd edib.

“Bizim məqsədimiz bu dəhlizi yalnız Avropa ilə Asiya arasında ən qısa yol deyil, eyni zamanda ən əlverişli marşruta çevirməkdir. Gürcüstan həyati əhəmiyyətli bağlantı nöqtəsidir və koreyalı şirkətlərin marağındadır ki, Avropaya ixrac üçün Gürcüstanın tranzit potensialından istifadə etsinlər”, – deyə Nikoloz Samxaradze The Korea Herald-a müsahibəsində bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər