30 
Yan
2026
12:22
177

Şalva Papuaşvili: Aİ səfirinin susqunluğu Gürcüstanda zorakılığın təşviqinə yönəlmiş məqsədli siyasətdir

Avropa İttifaqının səfiri prezident sarayına zorakı hücumu açıq şəkildə qəbuledilməz adlandıracağı an, bunu Aİ bayrağı altında edən şəxslər Brüsselin legitim dəstəyini itirəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədəGürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırkı susqunluq Gürcüstanda zorakılığın təşviqinə yönəlmiş məqsədli siyasətin göstəricisidir.

Papuaşvili qeyd edib ki, 4 oktyabr hadisələri məhz bu susqunluğun nəticəsidir və həmin tarixlə bağlı səssizlikdən də betəri Avropa Komissiyasının sözçüsünün hakimiyyətin devrilməsi ssenarisini açıq şəkildə dəstəkləməsi olub. Onun fikrincə, Brüsseldə keçirilən brifinqlərdə “Nepal ssenarisi”nin dəstəklənməsi Avropa İttifaqının sivilizasiya uçurumuna sürükləndiyini göstərir.

Parlament sədri vurğulayıb ki, Avropa İttifaqı və onun Gürcüstandakı səfiri indiyədək bir dəfə də olsun, deputat Mariam Laşxa və onun azyaşlı övladlarına qarşı hücumu açıq şəkildə pisləməyib. Papuaşvilinin sözlərinə görə, Aİ səfiri istəsəydi, ən azı bir cümlə ilə prezident sarayına zorakı hücumun yolverilməz olduğunu deyə bilərdi, lakin bunu etmir.

Onun fikrincə, səbəb aydındır: Aİ səfiri prezident sarayına zorakı hücumun qəbuledilməz olduğunu bəyan edərsə, bunu Aİ bayrağı altında həyata keçirən şəxslər Brüsselin legitimliyindən məhrum olacaqlar. Papuaşvili bildirib ki, bu şəxslər hazırda Avropa İttifaqının bayrağı ilə zorakılığa əl atmağa, parlamenti yandırmağa və prezidentin binasına hücum etməyə məhz Brüsselin verdiyi siyasi legitimlik sayəsində cəsarət edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər