İrakli Kobaxidze bu gün neft şirkətləri nümayəndələri ilə qiymətlərlə bağlı görüşəcək
Qiymətlərlə bağlı hökumət tərəfindən yaradılmış Koordinasiya İşçi Komissiyası bu gün saat 13:00-da, baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə neft şirkətlərinin nümayəndələri ilə görüş keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat verib.
Məlumata görə, sözügedən komissiya artıq aptek şəbəkələri və Əczaçılar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirib. Eyni formatda gürcü istehsalçılar və distribütor şirkətlərin təmsilçiləri ilə də müzakirələr aparılıb.
Xatırladaq ki, qiymətlərin araşdırılması üzrə parlamentin müvəqqəti komissiyası gələn həftə fəaliyyətə başlayacaq. Komissiyaya Şota Berekashvili rəhbərlik edəcək.
Qeyd edək ki, baş nazir İrakli Kobaxidze 2025-ci il 24 dekabr tarixində bildirib ki, ərzaq məhsullarının Avropa və Gürcüstan qiymətləri arasında böyük fərq distribütorlar və marketlər tərəfindən tətbiq edilən yüksək qiymət artımı ilə bağlıdır. Onun sözlərinə görə, Gürcüstan sərhədindən mağaza rəfinə qədər olan qiymət artımı orta hesabla 86% təşkil edir.
Elə həmin gün Dövlət Təhlükəsizliyi Xidməti ərzaq qiymətləri ilə bağlı araşdırmaya başladığını açıqlayıb. 2026-cı il 5 yanvar tarixində isə ərzaq qiymətləri ilə bağlı hökmət komissiyası rəsmi olaraq yaradılıb.


