28 
Yan
2026
19:27
1801

Marneulidə ağır yol-nəqliyyat hadisəsi baş verdi: 2 nəfər ölüb

Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər həyatını itirib, daha 2 nəfər isə ağır yaralanıb.

Hadisənin gəlin aparmaq üçün yola çıxan toy karvanının avtomobillərinin bir-biri ilə yarışması nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər